Bakının məşhur "Vulkan" motelində qətlin təfərrüatları açıqlandı

21 Noyabr 2014 11:00 (UTC+04:00)



Yenilənib 10:55:01
Ötən gecə Bakıda moteldə qətlə yetirildiyi bildirilən qadınınintihar etdiyi aşkarlanlıb. Bu barədəAPA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirildiyi bildirilən Afaq Rafiq qızı Şükürovanın özünü asaraq intihar etdiyi məlum olub.

Ötən gecə Bakıda qətl törədilib. Movqe.az-ın Apa-ya istinadən  məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi şossesində yerləşən "Vulkan" motelində baş verib.İlkin məlumata görə, otelə müştəri kimi gələn qadın və kişi arasında mübahisə yaranıb.Mübahisə zamanı kişi qadını bıçaqla qətlə yetirib. Hadisədən sonra motel bağlanıb, qətlin törədildiyi yerdə istintaq işlərinə başlanılıb. Hadisəni törədən şəxs isti izlərlə saxlanılıb.Faktı Binəqədi Rayon Prokurorluğu araşdırır. Qətllə bağlı rəsmi məlumatın bu gün yayılacağı gözlənilir.