Azərbaycanın Liviya, Suriya və Livandakı səfirləri geri çağırılıb

21 Noyabr 2014 11:15 (UTC+04:00)

Azərbaycanın Liviya, habelə Suriya və Livandakı səfirləri geri çağırılıb.

Azərbaycan рrezidenti  İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun ölkənin Liviyadakı  fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Suriya və Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.