Şeyxülislam İrana gedir
21 Noyabr 2014 11:37 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam
Respublikasına səfərə yola düşür.
ANS PRESS-in Qafqaz Müsəlmanları İdarəsinin
Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, səfər noyabrın
22-də olacaq. Səfərdən məqsəd 2014-cü il noyabrın 23-24-də İranın
Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin
baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak
etməkdir.
Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah
əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual
mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi
mötəbər tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri məruzə ilə
çıxış edəcək.