Cəbhədə atışma oldu
21 Noyabr 2014 12:00 (UTC+04:00)
Cəbhə xəttində atəşkəs rejimi yenidən
pozulub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata
görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs
rejimi ümumilikdə 63 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Şıxlar,
Sarıcalı, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli,
Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl
rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.