Murat Bozun sevgilisi şokdadır

23 İyul 2012 18:00 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bildirir ki, Türkiyənin məşhur pop müğənnisi Murat Boz ilə sevgilisi Eliz Sakuçoğlunun gözəl başlayıb davam edən Hindistan tətili çətinliklə bitib. Sakuçoğlu, "Türk Hava Yolları" ilə geri qayıtdığı İstanbulda şok yaşayıb.

Gözəl stilistin çamadanına qoyduğu bahalı daş-qaşlarının yerində heç bir şey olmayıb. Sakuçoğlu, hirsini "Twitter"də, "Oğruları Allaha tapşırıram." sözlərini yazaraq sooyutmağa çalışıb.