12-13 yaşlı yeniyetmə qızların yarısını bu səbəb narahat edir

23 İyul 2012 16:34 (UTC+04:00)
Movqe.Az DailyMail-ə istinadən bildirir ki, 12-13 yaşlı yeniyetmə qızların yarısını  artıq çəki narahat edir. 12-13 yaşlı qızların yarısı arıq görünmək üçün səhər yeməklərini, bəziləri isə axşam yeməklərini ötürürlər .Sorğu nəticəsində məlum olub ki, qızların yarısından çoxu incə görünmək istədiyini söyləyiblər. Səhiyyə Təhsil Qrupu tərəfindən aparılan tədqiqatlarda yeniyetmə qızların yemək vərdişləri öyrənilib. Tədqiqatlar göstərib ki,12-13 yaşlı qızların 56%-i yeməklərinə düzgün şəkildə nəzarət etmir. İstədikləri çəkini əldə etsələr də, öz sağlamlıqlarını təhlükə altına atırlar.