Diqqət! Azərbaycanda saxta dollarlar var
21 Noyabr 2014 17:20 (UTC+04:00)
Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları
narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu
əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, Suraxanı rayon Qaraçuxur qəsəbə
sakini, 33 yaşlı Namiq Həsənov Lənkəran şəhər avtovağzalında
əməliyyatçılar tərəfindən şübhəli şəxs kimi
saxlanılıb.
Onun üstünə baxış zamanı 3 ədəd saxta 100 Amerika
dolları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki,
Lənkərana narkotik maddə qəbul etmək məqsədilə
gəlib.
Qeyd edək, Lənkəran rayon Girdəni kənd sakini,
Arzuman Mirzəyevin evində qonaq olub.
Birlikdə narkotik maddə qəbul etdikdən sonra
Arzuman Mirzəyev tanışı Namiq Həsənova saxta dollar almağı təkli
edib və 300 saxta dolları ona 60 manata satıb.
Əməliyyat axtarış tədbirlərini davam etdirən polis
əməkdaşları 43 yaşlı Arzuman Mirzəyevi də saxlayıb. Onun yaşadığı
evə baxış zamanı 35 ədəd kibrit qutusuna doldurulmuş 200 qrama
yaxın marixuana, 2 ədəd sellofan torbaya bükülmüş yarım kiloqrama
yaxın qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin toxumları
aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik maddələri satış məqsədilə
əldə edib saxladığını etiraf edib.
Arzuman Mirzəyev eyni zamanda bildirib ki, saxta
dollarları ona narkotik maddə satdığı şəxslər marixuananın əvəzində
veriblər. Pulların saxta olduğunu bildikdə isə tanışı Namiq
Həsənova satmaq qərarına gəlib.
Faktlarla bağlı cinayət işi
başlanı.
Saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq
tədbirləri davam etdirilir.