İrəvanda ölən Qarbağ ümidi

21 Noyabr 2014 15:36 (UTC+04:00)

Erməni müxalifətinin Dağlıq Qarabağa olan son ümidləri ölür. Ermənistan parlamentində təmsil olunan "İrs" partiyası bir daha Dağlıq Qarabağın tanınması barədə məsələ qadırmayacağını bildirib.Movqe az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə bu gün partiyanın lideri Raffi Ovannisyan bildirib. Ovannisyan Dağlıq Qarabağın müstəqillik üçün hazır olmadığını vurğulayıb.Qeyd edək ki, "İrs" partiyası axırıncı dəfə noyabrın 12-də parlamentdə Dağlıq Qarabağın tanınması barədə məsələ qaldırmışdı və əksəriyyət onun təklifinin əleyhinə səs vermişdi."İrs"in geriyə addım atması göstərir ki, Ermənistanda artıq Dağlıq Qarabağın nə vaxtsa Azərbaycandan qoparılacağına inam qalmayıb. Buna görə də artıq müxalifət partiyaları da Dağlıq Qarabağ məsələsindən sui-istifadə edərək reytinqlərini qaldırmaq düşüncəsindən əl çəkir.