Dilqəm Əsgərovun oğlu danışdı

21 Noyabr 2014 15:45 (UTC+04:00)

"Mən BQXK-nın atam haqqındakı məlumatlarına inanmıram"

"Mən Beynəlxaq Qızıl Xaç Komitəsinin (BQXK) atamla bağlı məlumatlarına inanmıarm".Movqe az  xəbər verir ki, bunu Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ANS PRESS-ə bildirib.Onun sözlərinə görə, BQXK, ATƏT, BMT -nin İnsan Hüquqları, Qaçqınlar Üzrə Ali Komissarlığı və s kimi təşkilatlara müraciət olunub. Amma heç birindən məlumat verilmir.Kürdoğlu Əsgərov son dəfə noyabr ayının 5-də atasından məktub gəldiyini deyib. O, bildirib ki, məktubda atası vəziyyətinin yaxşı olduğunu qeyd edib.Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb. Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.