Şifrələrinizi dəyişin!

21 Noyabr 2014 18:24 (UTC+04:00)

"DerpTrolling" adlı bir hakker qrupu, müxtəlif yerlərdən cəmi beş min nəfərin hesab məlumatlarınə əldə etdiklərini deyib. Xidmətlərin təhlükəsizliyi araşdırılır, fərdi istifadəçilərə öz təhlükəsizlikləri üçün mövzuya daha çox əhəmiyyət vermələrinin lazım olduğu vurğulanıb.

 

 DerpTrolling adlı hakker qrupu, PlayStation Network, Windows Live və 2K Games hesablarından ibarət  5 mindən çox hesabın məlumatlarını əldə edib. Əllərində Facebook, Twitter və EA Origin kimi platformalarla yanaşı milyonlarla hesabın olduğunu deyib.