Abel Məhərrəmovun çıxışı haqda - Açıqlama

21 Noyabr 2014 16:28 (UTC+04:00)
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova rektor, millət vəkili Abel Məhərrəmovun parlamentdə büdcə müzakirələri zamanı təhsil kreditlərinin ləğv olunması ilə təklif irəli sürmədiyini bildirib.Movqe az "Qafqazinfo" ya istinadən xəbər verir ki, dünən bəzi KİV-lərində rektor Abel Məhərrəmovun belə bir təklif səsləndirdiyi yazılıb: "Aydınlıq üçün bildirək ki, BDU rektoru Abel Məhərrəmov öz çıxışında ödənişli əsaslarla oxuyan tələbələrə təhsil haqlarının ödənilməsi məqsədilə dövlət tərəfindən uzunmüddətli kreditlərin verilməsi məsələsini qaldırıb.Əksər Kütləvi informasiya vasitələri rektor Abel Məhərrəmovun fikrini olduğu kimi çatdırsa da, bəzilərində fikir ayrı mənalarda interpretasiya olunub. Həmin KİV-lərin məsələni yanlış formada ictimailəşdirməsindən təəssüfləndiyimizi bildiririk".