Yerin beş ən dəhşətli əjdahası

22 Noyabr 2014 09:19 (UTC+04:00)

Paleontoloqların bu yaxınlardakı tapıntıları nəticəsində məlum olub ki, insanlar yaxşı ki, nə vaxtsa Yer kürəsində yaşamış əjdahaları görməyib, çünki onlar tərəfindən yeyilə bilərdi.


Tayı-bərabəri olmayan qatil


Tirannozavrlar 12 metr uzunluğu olan kələzlərdir. Bir vaxtlar ondan daha dəhşətli başqa canlınının olmadığını düşünürdülər, lakin sonralar məlum oldu ki, bu heyvanlar daha nəhəng spinozavrları görsə idilər, qorxudan quyruqlarını qısıb qalardılar, çünki məhz bu canlılar Yer kürəsində yaşamış ən böyük və iridişli yırtıcı olub.

Spinozavrın qalıqları hələ yüz il əvvəl Misirdə tapılıb, lakin İkinci Dünya müharibəsi zamanı itirilib. Indi bu dəhşətli əjdahanın qalıqları Mərakeş ərzisində aparılan qazıntılar nəticəsində aşkar edilib. Alimlər güman edirlər ki, spinozavrın hündürlüyü 18 metrə, çəkisi isə 14 tona çatıb. Kəllə sümüyü timsahdakı kimi dartılmış vəziyyətdə olub. Və ağzı da onun ağzına oxşyayıb, lakin dəfələrlə böyük. Bu nəhəng kələz əla üzüb və əsasən su heyvanları ilə, o cümlədən akulalarla qidalanıb.


Saharadan olan sürətli timsah


Çikaqo Universitetinin professoru Paul Sereno və Kandadakı MakGill Universitetind’n olan professor Hans Larsson Niger və Mərakeş ərazisində qazıntılar apararaq 100 milyon il əvvəl yaşamış bir neçə timsah növünün qalıqlarını aşkar ediblər. O vaxtlar Sahara səhrasının yerində yaşıllıqlar, çaylar və göllər olub, dinozavrlar dolaşıb. Onlara isə öz ölçülərinə müvafiq olan yerli timsahlar hücum ediblər. Bunlardan ən acgözü "supertimsah" (supercroc) adlandırılmış, çəkisi 8 ton və uzunluğu 15 metrə çatan nəhəng timsah olub. Onun ağzına insan sığışa bilərdi. Dinozavrlardan fərqli olaraq bu əjdahalar dörd ayaqları üzərində hərəkət ediblər, sürətlə qaçıb və kifayət qədər böyük hündürlüyə tullana biliblər. Suda özlərini balıq kimi hiss ediblər.


Qana həris iridişli "cücə"


Çinin şimal-qərbində yerləşən Lyaonin vilayətində maraqlı qalıqlar aşkar edilib. Tirannozavrın yaxın qohumu- təzəcə yumurtadan çıxmış cücə kimi tüklə örtülmüş yırtıcının qalıqları tapılıb. Bu əjdaha 125 milyon il əvvəl yaşayıb, çəkisi beş tona çatıb, hündürlüyü isə 9 metrdən yüksək olub. "Cücə"ni Yutyrannus Huali adlandırıblar. Ad çin-latın dillərinin qarşığından ibarətdir və tərcüməsi təqribən belədir-"Tüklü gözəl qaniçən".


Diametri çəllək böyüklükdə olan ilan


Bu cür sürünən heyvanlar təqribən 50 milyon il əvvəl mövcud olub. Onlardan birinin qalıqları- daşlaşmış fəqərələri- beynəlxalq paleontoloqlar qrupu tərəfindən keçirilən ekspedisiya zamanı Kolumbiya cəngəlliklərində aşkar edilib.

Fəqərə sümüyü nəhəng ölçülü ilana – indiki koramalların əcdadına məxsusdur. Onu "Titanoboa" adlandırıblar. Və indi Florida Universitetində tədqiq edirlər. "İlan o qədər yoğun olub ki, çətin ki, qapıdan keçərdi. Onun uzunluğu 13-15 metrə çatıb. Çəkisi bir tondan artıq olub. O, planetimizdə mövcud olmuş ilanlardan ən böyüyüdür"- Toronto Universitetinin professoru Ceyson Hed bildirib. Alimlər ilanı onun qidalandığı timsahların qalıqları ilə birlikdə kömür laylaı arasında aşkar ediblər.


Cəhənnəm qurbağası


Sözügedən ilanla təqribən eyni vaxtda ölçüsü televizor altlığı böyüklükdə olan nəhəng qurbağa da yaşayıb. Alimlər onu "Cəhənnəm qurbağası" adlandırıblar. Bu əjdaha Madaqaskarda yaşayıb və Londondakı Universitet Kolleci və Nyu-Yorkdakı Stoni-Bruk Universitetinin mütəxəssisləri tərəfindən tapılıb.

"Qurbağanın pota bədəni, böyük başı və onlarca iti dişi olan geniş ağzı olub. O, pusquda duraraq kərtənkələlər və yumurtadan təzəcə çıxmış dinozavrlarla qidalanıb"- professor Syuzan Evans bildirib.


Bu cür qurbağa insanın ayağını, qolunu və hətta başını da qoparda bilərdi.