Londonda məşhur oteldə partlayış: 12 yaralı

22 Noyabr 2014 10:14 (UTC+04:00)
Böyük Britaniyanın paytaxtı Londonda, "Hyatt Regency" otelində qaz partlayıb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə azı 12 nəfər xəsarət alıb, onlardan 6-ı xəstəxanaya yerləşdirilib.

Partlayışın otelin mətbəxində baş verdiyi bildirilir. Hadisə yerinə polis, təcili yardım maşınları və yanğınsöndürənlər eyni vaxtda gəliblər. Mehmanxananın müştəriləri partlayışla bağlı dərhal evakuasiya edilsələr də, bir müddət sonra onlara nömrələrinə dönməyə icazə verilib.