Bakıda əzilmiş maşının sürücüsü ölü tapıldı

22 Noyabr 2014 10:23 (UTC+04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlüQuliyev Elşən Rəşid oğluidarə etdiyi "Mitsubishi" markalı minik avtomobilində aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:41-də başa çatıb.