Gəncədə 4 min manatlıq DƏLƏDUZLUQ

22 Noyabr 2014 11:12 (UTC+04:00)
Movqe.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 42 yaşlıRövşən Abdıyevşəhər sakini, 52 yaşlıMübariz Vəliyevin pulunu mənimsəyib. Məlumata görə, Abdiyev Mübariz Vəliyevin yaşadığı evin qanunsuz tikililərinin rəsmiləşdirilməsi məqsədi ilə ondan 4 min manat pul alaraq gedib. O, saxlanılıb.

Bundan başqa Gəncədə silsilə oğurluqlar törədən 23 yaşlı Şəki rayon sakiniAraz Nəzirovda saxlanılıb. O, şəhərin Nizami küçəsində yerləşən qadın salonundan 1 ədəd don, 1 ədəd parik, Vaqif küçəsində yerləşən mağazadan bir ədəd qolbağı və bir ədəd qızıl üzük, Atatürk prospektində yerləşən kosmetika mağazasından 2 ədəd qadın və kişi qol saatları, qadın parfümeriyaları və bijüteriyalar oğurlayıb. Hazırda Daşkəsən rayonunun Xoşbulaq kəndində kirayədə yaşayan Nəzirov Gəncə şəhərində maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.