İŞİD-ə qarşı 30 hava hücumu

22 Noyabr 2014 14:10 (UTC+04:00)

ABŞ və koalisiya qüvvələri son 3 gün içərisində Suriya və İraqda IŞİD-ə qarşı 30 hava hücumu təşkil edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı məlumat yayıb. Məlumata görə, hava hücumlarının 7-i Suriyada, 23-ü isə İraqda həyata keçirilib.

Nəticədə terror qruplaşmasına məxsus xeyli döyüş texniksı, hərbi mövqeləri və məskunlaşdıqları binalar dağıdılıb. İtki barədə məlumat verilməyib.