«BMW» zərcirvari qəzaya səbəb oldu

22 Noyabr 2014 16:19 (UTC+04:00)

Əli Məcidovun idarə etdiyi nəqliyyat vasitəsi bir neçə avtomobilə çırpılıb

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol qəzası baş verib. Movqe.az xəbər verir ki ,  Binəqədi Rayon Yol Polis Şöbəsindən verilən məlumata görə, "BMW" markalı nəqliyyat vasitəsini idarə edən 1988-ci il təvəllüdlü Əli Məcidov Rəşid İsmayılov küçəsi istiqamətində hərəkət edərkən dairədən yola çıxan zaman qəfil idarəetməni itirib.

Beləliklə də "BMW" markalı avtomobil yol kənarında dayanmış "VAZ 2107" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qeyd edək ki, baş vermiş hadisə zəncirvari qəzaya səbəb olub. Belə ki, avtomobil "Mercedes"ə çırpılıb. Əli Məcidovun idarə etdiyi nəqliyyat vasitəsi yalnız "Ford" markalı avtomobilə dəydikdən sonra durmağa müvəffəq olub.

Hadisə yerinə gələn Binəqədi Rayon Yol Polis Şöbəsinin əməkdaşlarının araşdırmaları zamanı qəzaya üksək sürətin səbəb olduğu müəyyənləşib. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.