Keçmiş birinci ledi Ebolaya mahnı yazır

22 Noyabr 2014 16:02 (UTC+04:00)

Fransanın keçmiş birinci xanımı Karla Bruni-Sarkozi Ebola ilə mübarizə üçün vəsait əldə etmək məqsədilə mahnı yazır.

Movqe.az publika.az-a  istinadən xəbər verir ki, Fransanın eks-birinci xanımı Qərbi Afrikada Ebola ilə mübarizə aparmaq üçün Fransada həyata keçirilən "Band Aid" xeyriyyə layihəsinə rəhbərlik edir. Model və müğənni olan Bruninin "Kristmas burada" adlanan yeni mahnısı dünyanın ən böyük media holdinqi olan "Merkuri Music Group" ilə birgə yazılır.

Məlumata görə, Bruni-Sarkozinin keçirdiyi xeyriyyə tədbirinə xeyli sayda tanınmış fransız aktyorlarının da qatılacağı gözlənilir. Mahnı dekabrın 1-də video-çarxın müşayiəti ilə təqdim olunacaq. Əldə olunan gəlirlər isə "Band Air" Fonduna keçiriləcək.

Qeyd edək ki, "Band Aid" - Efiopiyada aclıqla mübarizə üçün pul toplamaq məqsədilə musiqiçilər Bob Geldof və Micem Yura tərəfindən 1984-cü ildə yaradılmış xeyriyyə layihəsidir. Bir çox tanınmış britaniyalı ulduzlar, o cümlədən, Pol Makkartni, Sting və David Boui də daxil olmaqla "Do They Know It’s Christmas?" musiqisini ifa etməklə aclıqla mübarizə üçün 150 milyon dollar toplaya bilmişdilər.