Neft bahalaşdı

22 Noyabr 2014 18:00 (UTC+04:00)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 76,51 dollar təşkil edib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,03 dollar bahalaşaraq 80,36 dollar olub.