Xaçmazda 32 yaşlı kişini öldürənlərdən biri ələ keçdi

22 Noyabr 2014 19:15 (UTC+04:00)
Oktyabrın 18-də Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan, Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlüXeyirov Zamiq Namiq oğlunu qətlə yetirməkdə təqsirləndirilən iki nəfərdən biri saxlanılıb.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Z.Xeyirovun qətlində şübhəli bilinən Qusar rayon sakiniNazim Zəkərayevhüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulub.

Qətlin törədilməsində şübhəli bilinən digər Qusar rayon sakiniRadik Məmmədovun isə axtarışları davam etdirilir.

Qeyd edək ki, okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olduğu müəyyən olunub.

Hadisədən bir sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Ləcət kəndinin meşə zolağında qətlə yetirilənin Xudat şəhər sakini Zamiq Xeyirov olması, qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədilməsinin müəyyən edilməsi barədə məlumat yayıb.

Faktla bağlı istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.