Ceyms Uorlikdən helikopter çağırışı
22 Noyabr 2014 20:01 (UTC+04:00)
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədriCeyms
UorlikAzərbaycanın işğal edilmiş ərazisində vurulmuş
Ermənistanın hərbi helikopteri ilə bağlı çağırış edib.
Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, C.Uorlik öz
"Twitter" səhifəsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində
hərbi gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin
cəsədlərini götürməyə kömək etməyəcək: "Biz tərəfləri dialoq və
diplomatiyadan istifadə etməyə çağırırıq".
Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun
Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan
SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək
mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab
atəşi nəticəsində düşmən helikopteri məhv edilib.