İvana Sərt həyat yoldaşı ilə Şəhidlər xiyabanında - FOTO

22 Noyabr 2014 21:13 (UTC+04:00)
Movqe.Az axsam.az-a istinadən xəbər verir ki, "Bu tarz benim" verilişinin aparıcısı paytaxtımıza sevgilisi Sinan Akımı da gətirib. Mağazalardan birinin yeni kolleksiyasının təqdimat mərasiminə qatılan İvana şəhər gəzintisinə də çıxıb. Modelyer Şəhidlər xiyabanında, Dağüstü parkda da olub.

Fotolarını İnstagram səhifəsində yerləşdirən İvana "Azərbaycan uğrunda şəhid olan türk əsgərlərinin ruhları şad olsun" sözlərini yazıb.

Modelyer bir müddət əvvəl Sinan Akımla ayrıldığını bəyan etsə də yenidən barışdıqları bəlli olub.