Bərdə sakini iki il ölüm yetişdirdi
22 Noyabr 2014 22:06 (UTC+04:00)
Bərdə polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
apardığı tədbirlər nəticəsində rayonun Mehdili kənd
sakiniArif Ağayevsaxlanılıb.
Movqe.Az ELTV-yə istinadən bildirir ki, onun yaşadığı evə hal
şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman evin bir
otağında sərili halda və müxtəlif bağlamalarda çeşidlənmiş bükümlər
aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə olan marixuananı
kəndin yaxınlığından keçən su kanalının kənarında əkdiyini və ona
xüsusi qulluq göstərərək becərdiyini etiraf edib. Onun artıq iki
ildir, bu işlə məşğul olduğu da aydınlaşıb. Tapılan narkotik
vasitənin ümumi çəkisi 3 kiloqram 675 qram olub. Faktla bağlı Bərdə
Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.