163 kq çəki ilə gözəllik müsabiqəsinə qatılacaq

23 İyul 2012 17:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngilis Kirsti Monsi 18 yaşında 163 kiloqramdır. Bu çəki ilə Kirsti öz cazibədarlığına  inanır və gözəllik müsabiqəsinə qatılmağı düşünür. Kirsti telekanala müsahibəsində bildirib ki, bu qərarı vermək ona çətin olub. O, uzun illər hələ 6 yaşından camaatın ona gülməsindən və lağ etməsindən özünü çox pis hiss edirdi. O, dəfələrlə pəhriz saxlayaraq artıq çəki ilə mübarizə aparıb, lakin heç bir nəticəsi olmayıb. Ancaq indi onun oğlan dostu Aleks ona dəstəkdir və Kirsti Monsini indiki halı ilə də çox bəyənir.