Hitlerin çəkdiyi əsər satıldı

23 Noyabr 2014 10:19 (UTC+04:00)

Almaniyada keçirilmiş hərracda Adolf Hitlerin 1914-cü ildə çəkdiyi akvarel satılıb.

Movqe.az Milli.az-a istinadən bildirir ki, Yaxın Şərqdən olan alıcı hərracda iştirak edib. Onun rəqibləri Asiya və Amerikadan olan kolleksionerlərdi.

1914-cü ildə gələcək fürerin çəkdiyi əsər "Münhendə vətəndaşlıq vəziyyətləri aktlarının qeydiyyat bürosu və ratuşa" adlanır.

Bu akvarel Adolf Hitlerin 1905-1920-ci illərdə, rəssam olmağı arzuladığı illərdə çəkdiyi təqribən 2 min əsərdən biridir.

Əsəri Gesse bacıları satıblar. Akvareli bacıların babası 1916-cı ildə almışdı.