Hava limanın partlatmaq istəyən tutuldu

23 Noyabr 2014 11:11 (UTC+04:00)

Britaniyanın paytaxtı Hitrou hava limanında terror partlayışı hazırlayan gənc tutulub.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, 19 yaşlı gənc İordaniyadan gələndən sonra ələ keçib. O, noyabrın 20-də saxlansa da, polis olayla bağlı bu gün məlumat yayıb.

Gəncin ələ keçirilməsində kəşfiyyat qurumları da iştirak ediblər.

Həmin şəxsin ad və soyadı açıqlanmasa da, onun Uest-Midlends qraflığındakı Koventri şəhərinin sakini olduğu deyilir.