Rusiyada rəngli inqilab planlaşdırılır

23 Noyabr 2014 13:00 (UTC+04:00)

Ukrayna münaqişəsindəki roluna görə Qərbin Rusiyaya qarşı sanksiyaları Moskvada rejimin dəyişməsinə cəhddir.

Movqe.az-ın Milli.az-a istinadən  məlumatına görə, belə bir açıqlamanı Rusiya xarici işlər naziriSergey Lavrovbildirib.

Moskvada xarici işlər məsələləri üzrə məsləhətçilərlə danışan Lavrov "iqtisadiyyatı məhv edəcək və ictimai etirazlara səbəb olacaq" sanksiyalara çağırışları şərh edib.

Cümə axşamı PrezidentVladimir Putindeyib ki, Moskva "rənqli inqilablara" bənzər hadisələrin baş verməməsi üçün "var gücü ilə çalışacaq".

Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident "rəngli inqilabları" ekstremizmə bənzətmişdi.

Qeyd edək ki, Ukraynada 2004-cü ildə baş verən inqilab Narıncı İnqilab kimi tanınır, Gürcüstanda isə 2008-ci ildə baş verən hökumət dəyişikliyi "Qızılgül İnqilabı" adlanır.