Saxta "Borjomi" istehsal edən 3 zavod bağlandı

23 Noyabr 2014 13:08 (UTC+04:00)
Gürcüstan DİN-in əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kvibisi kəndində "Borjomi" mineral suları istehsal edən 3 qanunsuz müəssisə aşkar ediblər.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in saytında bildirilir.

Məlumata görə, DİN-in əməkdaşları saxta mineral su ilə doldurulmuş 4650 butulka və saxtalaşdırılmanı təsdiqləyən digər əşyalar müsadirə ediblər.

Fakt üzrə istintaq aparılır.