Cəbhədə növbəti gərginlik

23 Noyabr 2014 15:00 (UTC+04:00)
Müdafiə Nazirliyinin saytının verdiyi xəbərə görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, erməni silahlı bölmələri Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.