İŞİD-ə növbəti ağır zərbə

23 Noyabr 2014 16:08 (UTC+04:00)
İraqın Ənbar vilayətində İŞİD-ə ağır zərbə vurulub.

Movqe.az-ın Milli.az-a istinadən xəbərinə  görə, Əl-Cəzirə və Əl-Badiyə əməliyyatlarına cavabdeh olan İraq ordusu generalıZiya Kazımaçıqlamasında Ənbar vilayətinə bağlı Hit rayonunda İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyatda terrorçulardan 30 nəfərin öldürüldüyünü, 20-dən çoxunun isə yaralandığını bildirib.

Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda Hit rayonu məclis sədrinin də evi daxil olmaqla bir sıra evlər yararsız hala gətirilib.

Bundan başqa, əməliyyatlarda 2 uşaq da daxil olmaqla, 5 nəfər mülki şəxs dünyasını dəyişib, 10-u yaralanıb.

Əməliyyatlar zamanı terrorçu qruplaşmanın döyüş texnikaları, zirehli maşınları İraq ordusu tərəfindən ələ keçirilib.