Paytaxtda sərnişin avtobusları yandı

23 Noyabr 2014 18:06 (UTC+04:00)
Bakıda sərnişin avtobuslarının yanma hadisəsi baş verib.

Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda qaraj təsərrüfatı şöbəsinin dayanacağında iki "Mercedes" markalı sərnişin avtobusları yanıb.

Dayanacaqda olan digər avtobuslar yanğından mühafizə olunub.

Saat 05:13-də baş verən yanğın yanğınsöndürənlər tərərfindən söndürülüb.