İraqda 30 İŞİD üzvü öldürüldü

23 Noyabr 2014 19:00 (UTC+04:00)

Koalisiya qüvvələrinin hava hücumları və Xalq Birliyi silahlılarının keçirdiyi əməliyyatlar zamanı İraqın Hit mahalında 30 İŞİD üzvü öldürülüb, 20-i yaralanıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə əməliyyatlara rəhbərlik edən general Ziya Kazım məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar zamanı Hitin qərbində 5, Ramadi şəhərinin şərqində isə 1 bölgə terrorçulardan azad edilib.