Misirdə bu müğənniyə qadağa qoyuldu

24 Noyabr 2014 09:50 (UTC+04:00)

Misir dövlət radiosunun mütəxəssislər komitəsi tərəfindən reallaşdırılacaq səs testini keçə bilməyən müğınnilərin mahnılarının ölkə ərazisində səsləndirilməsinə icazə verilməyəcək.

Dövlət radiosunun direktoru Abdülrahman Raşad yaradılan komitə tərəfindən müğənnilərə lisenziya veriləcəyini bildirib.

Abdülrahman Rəşad bildirib ki, Misir radiosu 1934-ci ildə təyin olunan prinsiplərə görə fəaliyyət göstərir. O. bu prinsiplərə görə müğənnilərin testdən keçməllərinin vacib olduğunu deyib.

Ərəb musiqisinin kralı olaraq xatırlanan Misirli müğənni Mehmed Hafızın də zamanında testdən keçdiyini deyən direktor, artıq sunzuradan keçməyən bir neçə müğənninin adını da açıqlayıb.

Radionun qadağa qoyduğu ilk adlar arasında Misirin "Oka və Ortiga" qrupu ilə bərabər, Livanlı pop star Haifa Wehbenin da adı yer alır.

Ərəb dünyasının məşhur adlarından olan Wehbeyə embarqo qoyulması başda Livan olmaq üzrə Orta Şərq mətbuatında təəccüblə qarşılanıb.

Qeyd edək ki, Wehbe son olaraq keçən çərşənbə günü Pan-Ərəb "Ərəb Star Akademiyası" səs yarışmasında qonaq olduğu sırada açıq-saçıq geyimi ilə gündəmə gəlmişdi. Proqramı yayımlayan Misir kanalı Wehbenin paltarına görə tamaşaçılardan üzr istəmişdi.