Bu gün qar yağacaq
24 Noyabr 2014 10:00 (UTC+04:00)
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu
hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı
gözlənilir. Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
şimal küləyi 15-20 m/s, gecə və səhər arabir 25-30 m/s-dək
güclənəcək. Temperaturun gecə və gündüz 4-7° isti, Bakıda gecə və
gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə
sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 %
təşkil edəcək. Naxçıvan Muxtar
Respublikasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi
yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s-dək
güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti,
gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar,
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb
küləyi 10-15 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28
m/s-dək güclənəcək. Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan
2°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi
10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı
gözlənilir. Balakən, Zaqatala, Qax,
Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin arabir yağıntılı
olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
duman olacaq. Qərb küləyi 10-15 m/s, gecə və səhər ayrı-ayrı
yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 0-5°
şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5°
şaxta təşkil edəcək. Mərkəzi-Aran:
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s,
ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun
gecə 0-5° isti, gündüz 5-9° isti olacağı
gözlənilir. Masallı, Yardımlı, Lerik,
Lənkəran, Astara rayonlarında hava şəraitinin arabir yağıntılı
olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal
küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək
güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz 6-8° isti, dağlarda
gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcək.