"Eurovision" təmsilçimiz: "Şəxsi həyatım yoxdur"
24 Noyabr 2014 10:40 (UTC+04:00)
"Eurovision" qələbəsi məni dəyişdimi? Həyat bizi
hər zaman dəyişdirir".
Movqe.Az xəbər verir ki, bu
sözləri Day.Az saytına müsahibəsində
"Eurovision" mahnı müsabiqəsinin qalibi Nigar Camal bildirib.
"Artıq əvvəlki kimi yaşamaq mümkün deyil. İşlər
çoxalıb, həddən artıq səyahətlər var. Daim işdəsən. Boş vaxtımı
qızlarıma həsr edirəm. Şəxsi həyatıma gəlincə isə, o artıq mövcud
deyil. Şəxsi həyat bitəndən sonra boşluq və tənhalıq hökm
sürür".