Putin yenə namizəd olacaq
24 Noyabr 2014 12:36 (UTC+04:00)
Rusiya Dövlət Başçısı Vladimir Putin, rəsmi xəbər agentliyi "Tass"a
verdiyi müsahibəsində "Bəli, prezidentliyə namizəd olma ehtimalım
hələ davam edir. Lakin hələ qərarımı verməmişəm" deyib. Putinin
səlahiyyət müddəti, 2018-ci ildəki seçkiləri qazandığı təqdirdə
2024-ə qədər uzanacaq. Konstitusiyanın ona bir də namizəd olma
haqqı tanıdığı Putin "Vaxtı gələndə ölkənin ümumi vəziyyətini və öz
hisslərimi qiymətləndirib qərar verəcəyəm" deyib.