Qamburger nəhəngi şöbələrini bağlayır!

24 Noyabr 2014 14:28 (UTC+04:00)

Almaniyada ortaya çıxan gigiyena qalmaqalından sonra Burger King, 89 şöbəsini bağlama qərarı alıb. Bu qərar təxminən üç min insanı işsiz qoyacaq.


Movqe.az xəbər verir ki, Araşdırmaçı jurnalist Günter Wallraff və qrupunun etdiyi gizli çəkilişlər nəticəsində, Yi-Ko Holdinqə aid bağlanılacağı açıqlanan şöbələrə gigiyena qaydalarına riayət, işçilərin ağır şərtlərdə işlərini etdikləri ortaya çıxmışdı. Almaniya daxilində başqa Administrator ya da şirkətlərin sahib olduğu restoranlar isə fəaliyyətlərinə davam edəcək. Burger King Avropanın, Almaniya daxilində cəmi 700 restoranı var.