Sabah Azərbaycanın bəzi yerlərində 8 dərəcəyədək şaxta olacaq

24 Noyabr 2014 13:43 (UTC+04:00)

 Noyabrın 25-də Bakı və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz mənfi 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərazində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.