Ramil Usubov 5 rayona polis rəisi təyin etdi

24 Noyabr 2014 14:21 (UTC+04:00)
Azərbaycanda 5 rayonun polis rəisi dəyişdirilib.Movqe az-ın APA-ya istinadən verdiyi  məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Balakən rayon Polis Şöbəsinin rəisi Rasim Mustafayev Ağdaş rayonuna, Ağdaş Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev Quba rayonuna, Zərdab Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənzadə Balakən rayonuna, Naftalan Şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov isə Zərdab rayonuna polis rəisi təyin ediliblər.