2015-ci ilin bayram günləri - Nazirlər Kabineti

24 Noyabr 2014 14:27 (UTC+04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edib.Movqe az-ın AzNews.az-a istinadən verdiyi  məlumata görə, noyabrın 21-də qəbul edilmiş qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı olacaq.Qurban bayramı isə 24, 25 sentyabra təsadüf edir.Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.