Gözlər bizə dikilib
24 Noyabr 2014 15:11 (UTC+04:00)
Avropa Komissiyasının vitse-prezidenti Maroş
Şefçoviç bu həftə Qazaxıstana və Azərbaycana səfərə
gələcək.
ANS PRESS-in məlumatına görə, noyabrın 26-da baş
tutacaq səfər zamanı yerli hökumət nümayəndələri ilə "Cənub Qaz
Dəhlizi" layihəsinin reallaşdırması ilə bağlı məsələlər müzakirə
olunacaq. Səfər noyabrın 28-dək davam edəcək.
Ümumiyyətlə, Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi layihəsi vasitəsilə "Şahdəniz" yatağından hasil
olunan təbii qaz "Səngəçal" terminalına çatdırılacaq, oradan isə
Türkiyə və Avropa bazarlarına çıxarılacaq.
Gələn ildə "Cənub Qaz Dəhlizi" layihəsinin
reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat,
Azərbaycan Respublikası Dövlət Neft Fondundan 1,341 milyard manat
ayrılması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham
Əliyevin iştirakı ilə bu il sentyabrın 20-da Səngəçal terminalında
"Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi olub.