Kainatın mənşəyi tapılıb

25 Noyabr 2014 09:06 (UTC+04:00)

Deyəsən, Lyöj şəhərində yerləşən Belçika Universitetinin alimləri Kainatın mənşəyini aşkar ediblər. Çilidəki nəhəng teleskop vasitəsilə keçirilən tədqiqat göstərib ki, çox nəhəng qara dəliklər qəribə yolla bir yerdə qruplaşıb, vahid ulduzlararası kosmik şəbəkəyə birləşib. Onlar "kvazarlar" adlanan nəhəng ulduzlararası obyektlər arasında qeyri-adi xətvari cəmləşmə yaradıblar. Bu, mərkəzlərində nəhəng qara dəliklərin yerləşdiyi qalktikalardır. Elmi işçi Damyen Hutsmeker müəyyən edib ki, kvazarların bir-birindən milyardlarla işıq ili məsafədə yerləşməsinə baxmayaraq, onlar hansısa ulduzlararası strukturla birləşib. "Kvazarlar- Kainatda ən parlaq obyektlərdən biridir, lakin eyni zamanda onlar ən tünd obyektlər- çox böyük qara dəliklər kimi yaranıb"- doktor Allan Daffi bildirib.

Tədqiqatçılar güman edirlər ki, yeni kəşf kosmik şüaların mənşəyini öyrənməkdə və bütün Kainatın necə yarandığını anlamaqda kömək edəcək.