Oteldəki qətlin təfərrüatı- Qadını əmisi oğlu öldürüb

24 Noyabr 2014 16:39 (UTC+04:00)
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl "Vulkan" otelində baş verən insidentlə bağl ıdaha bir məlumat yayıb. Movqe az  DİN-in saytına istinadən xəbər verir ki, bu dəfə məlumatda bildirilir ki, Afaq Şükürova intihar deyil, elə əmisi oğlu tərəfindən qətlə yetirilib.Məlumatda qeyd olunur ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.