“Mançester Siti” klubu Messiyə görə 250

24 Noyabr 2014 17:01 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" klubu Messiyə futbol tarixinin ən böyük təklifini etməyə hazırlaşır. Axar.az xəbər verir ki, klub rəhbərliyi ulduz futbolçu üçün "Barselona"ya 250 milyon avro ödəməyi planlaşdırır. Transfer baş tutarsa, Messi ildə 30 milyon avro qazanacaq. Qeyd edək ki, bir müddət öncə mətbuatda "Barselona" klubunun prezident seçkisindən sonra ulduz futbolçunu satacağı ilə bağlı xəbərlər yayılmışdı.