NATO-dan Qarabağ mesajı

24 Noyabr 2014 17:13 (UTC+04:00)

NATO-un baş katibi Yens Stoltenberq Haaqada keçirilən NATO-un Parlament Assambleyasının iclasında Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisədən danışıb. Movqe.az-ən RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə o, noyabrın 12-də Dağlıq Qarabağ ərazisində baş verən hadisələrdən narahat olduğunu bildirib.Y.Stoltenberq deyib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: "Bunun siyasi yolla həllindən başqa alternativi yoxdur. Mən NATO-nun bu məsələdə birbaşa rolunu görmürəm. NATO danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsi üzrə möhkəm sülh şəraiti yaratmaq üçün Minsk prosesini dəstəkləyir."