HİV-ə yoluxma ağız suyu ilə müəyyən ediləcək

24 Noyabr 2014 17:55 (UTC+04:00)

Azərbaycanda HİV virusuna yoluxma ağız suyu ilə müəyyən ediləcək.  YUNİSEF-in Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, HİV virusuna yoluxmanı müəyyən etmək üçün ağız suyundan da test nümunələri götürüləcək. İlk müayinə sabah Bakı Slavyan Universitetində keçiriləcək.

Bu layihə YUNİSEF, Gənclər və İdman Nazirliyi və Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS-lə Mübarizə Mərkəzinin birgə dəstəyi ilə həyata keçiririlir.