Leyla Əliyeva daha bir kafe açır- Fotolar

24 Noyabr 2014 18:43 (UTC+04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus daha bir kafenin açılışı olacaq. "Qafqazinfo" xəbər verir ki, bu ay açılacaq kafe "Paris Bistro" adlanır. Paris ab-havasını özündə əks etdirəcək kafede müştərilərə fransız mətbəxi təqdim ediləcək. Xatırladaq ki, ötən ay Leyla Əliyevaya məxsus daha bir kafenin – "Baku"nun açılışı baş tutmuşdu.