Dünyada mobil telefon və internet istifadəsinə görə, birinci yerə Danimarka çıxır

25 Noyabr 2014 09:58 (UTC+04:00)

Dünyada mobil telefon və internet istifadəsinə görə, Danimarka Cənubi Koreyanı keçdi. Beynəlxlaq Telekommunikasiya Birliyinin informasiya texnologiyaları indeksi hər bir ölkədə adamların internetə və mobil telefon əlaqəsinə çıxışını və istifadəsini, əhalinin texnoloji xidmətlərdən istifadə bacarığını əks etdirir. Noyabrın 24-də çıxan yeni hesabata görə dünyada birinci yerdə Danimarka, ikinci yerdə Cənubi Koreya, 3-cü yerdə İsveç, sonrakı yerlərdə İslandiya, Britaniya gəlir. ABŞ 14-cü yerdədir. Hesabata görə dünyada 4,3 milyard adam hələ də əlaqəsizdir, yəni onlar dünya ilə nə mobil telefion, nə də internetlə birləşib.