Rusiyada avtomobillər bahalaşdı

25 Noyabr 2014 09:59 (UTC+04:00)

Rusiyanın maşın bazarında kəskin bahalaşma qeydə alınıb.Movqe.az xəbər verir ki, avtosalonlarda qiymətlərin qəfil artımı müşahidə olunur. Bunun səbəbi rublun dəyərinin sürətlə düşməsidir ki, maşın bazarına da ciddi təsir göstərib. Bu bahalaşmanın dekabr və yanvar aylarında daha da artacağı proqnozlaşdırılır.