Bakıda yanğın: 1 nəfər yanaraq öldü

25 Noyabr 2014 10:25 (UTC+04:00)
Bakı şəhəri, Xətai rayonunda mənzildə yanğın baş verib. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzildə 1 ədəd divan 2 kv.m sahə yanıb. Yanğınsöndürənlər hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Koleknikov Viktor Vladimiroviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.